Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib


5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində AMEA-da hazırlanmış Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.
Seminarda Avropa ölkələrinin aparıcı ekspertləri Azərbaycanda “Təhsil – Elm – Start up İnnovasiya modeli”nin qurulması, gənclərin innovativ elmi ideyalarının biznes layihələrinə çevrilməsi, həmçinin bu modelin inkişafı üçün vacib olan məsələlər haqqında mühazirələrlə çıxış ediblər. Layihənin həyata keçirilməsində əsas məqsəd elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyaların transferi və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verməkdir.
Seminarda Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspanıyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole “Təhsil-Elm-Start up İnnovasiya modeli” sahəsində Avropa İttifaqı ölkələrinin əldə etdiyi son nailiyyətlər, universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın uğurlu nəticələri, dünyada texnologiyaların inkişafının yeni inkişaf istiqamətləri haqqında məruzələrlə çıxış ediblər.
Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Cəfərova iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər