Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 9-cu mühazirə YouTube kanalımızda


AMEA Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda  çıxış edib.
Mühazirədə elmi-populyar üsullarla klassik bərabərsizliklər: Çebışev, Hölder, Minkovski və.s. araşdırılıb, müəyyən tətbiqlərinə baxılıb. Keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər