Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qabarıq çoxluq


Qabarıq çoxluq Affin və ya Evklid fəzasında aşağıdakı şərti ödəyən nöqtələr çoxluğudur: “Bu çoxluğun ixtiyari iki nöqtəsini birləşdirən parça həmin çoxluğa aiddir”. Qabarığa çoxluq misal olaraq kürəni, dairəni, qabarıq çoxüzlünü, qabarıq çoxbucaqlını, yarımfəzanı, yarımmüstəvini və s. göstərmək olar.

Qabarıq çoxluq bir sıra maraqlı xassələri var. Qabarıq çoxluq qabarıq cisimlər nəzəriyyəsi öyrənir.  Son vaxtlar qabarıq çoxluq maraq artmışdır. Bu da xətti proqamlaşdırmanın inkişafı ilə əlaqədardır.

Qabarıq cisim qabarıq çoxluq təşkil edən nöqtələr çoxluğundan ibarət cisimdir. Qabarıq fiqur isə qabarıq çoxluq təşkil edən nöqtələr çoxluğundan ibarət fiqurdur.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər