Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həndəsi çevirmələr


Həndəsi çevirmələr, müstəvinin həndəsi çevirmələr, bu müstəvinin özünə qarşılıqlı birqiymətli inikasıdır. Ən mühümHəndəsi çevirmələr hərəkətdir. Yəni nöqtələr arasında məsafələri saxlayan Həndəsi çevirmələr.
Hərəkət fiqurların bərabərliyi ilə əlaqədardır. “İki fiqurdan birini digərinə çevirən hərəkət varsa, onlara bərabər fiqurlar deyilir. Bu tərifi Evklidin özü də qəbul etmişdir.”(Bərk fiqurları bütün nöqtələrinin üst-üstə düşməsi şərti ilə bir-birinin üzərinə qoymaq əslində hərəkətdir) .
Hərəkətlərdən bəziləri müstəvinin nöqtələrinin qarşılıqlı vəziyyətini saxlayır. (paralel köçürmə və dönmə), bəziləri isə saxlamır (ox simmetriyası).
Həndəsi çevirmələr növbəti mühüm qrupu oxşarlıq çevirmələridir. Onların ən sadəsi homotetiyadır. Homotetiyada bütün ölçülər eyni dəfə dəyişdiyindən uyğun ölçülərin nisbəti dəyişmir.
Hər bir oxşarlıq çevirməsi hərəkətlə homotetiyanın kompozisiyasıdır.
XIX əsrdə alman alimi F.Kleyn Həndəsi çevirmələr nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə görə hər bir çevirmələr qrupu öz həndəsəsini təyin  edir. Kleynə görə, məsələn, hərəkətlər qrupu Evklid həndəsəsini, oxşarlıq çevirmələri qrupu  oxşarlıq həndəsəsini, Affin çevirmələri qrupu Affin həndəsəsini, proyektiv müstəvinin proyektiv çevirmələri qrupu proyektiv həndəsəni və s. təyin edir.

Həndəsəyə qruplar nöqteyi-nəzərdən baxmaq müxtəlif həndəsələri Evklid həndəsəsini, Loboçevski həndəsəsini, Affin həndəsəsini, proyektiv həndəsəni və s. bir mövqedən öyrənməyə imkan verir.

Sonda onu qeyd edək ki, həndəsi çevirmələr ilə tanışlıq və onları tətbiq etməyi bacarmaq riyazi mədəniyyətin mühüm elementidir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər