Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Lütfi Zadənin Fuzzy çoxluqları haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Lütfi Zadənin Fuzzy çoxluqları haqqında” mövzusunda məruzə edib.
Məruzədə əmsallar fəzası anlayışı Banax fəzalarında bazislərlə bağlı olaraq daxil edilmişdir. O, konkret bazislə təyin olunur və bazis üzrə ayrılış operatoru (bu halda onu əmsallar operatoru adlandırırıq) onlar arasında və fəzalar arasında izomorfim təşkil edir. Bu fəza skalyar ardıcıllıqların uyğun normaya malik Banax fəzasıdır. Əmsallar fəzası Banax fəzalarında digər (bazis təşkil etməyə də bilər) sistemlər üçün də təyin olunur. Əmsallar fəzası anlayışı freymlər nəzəriyyəsində əvəzolunmaz rol oynayır. Atomar ayrılış və freym anlayışlarının tərifi bu anlayışla birbaşa bağlıdır.
Məruzədə həmçinin əmsallar fəzası xətti intionistik Fuzzy metrik fəza hallarına köçürülüb və əvvəlki nəticələrin bu halda da doğru olduğu göstərilib və 1965-ci ildə L.Zadə tərəfindən daxil edilmiş Fuzzy çoxluqlar haqqında məlumat verilib. Bu çoxluqlar təyin olunub, klassik yanaşma ilə müqayisə verilib.
Daha sonra Fuzzy çoxluqlar üzərində əməllər təyin olunub və onlar klassik əməllərlə müqayisə olunub. Qeyri-səlis Fuzzy dilinin ehtimal dili olmadığı göstərilib, Fuzzy nəzəriyyəsinin inkişafı və tətbiqləri haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər