Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 birdəfəlik dissertasiya şurasının iclasında Rövşən Telman oğlu Əliyevin “Diskret müdaxiləli semi-markov proseslərinin asimptotik metodlarla tədqiqi” mövzusunda 1208.01-Ehtimal nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 26 işdə öz əksini tapıb .
Daha sonra dissertasiya şurasının iclasında Gülsüm Allahyar qızı Ağayevanın “Sonlu parçada dəyişən əmsalli operator tənliklər üçün sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11 işdə öz əksini tapıb
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər