Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qarşılıqlı birqiymətli uyğunluq


Qarşılıqlı birqiymətli uyğunluq – bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin. Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun.
Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar.
İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümükündürsə, onlar eyni gücə malikdir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər