Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov konfransa dəvət olunub


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 27-29 Sentyabr 2017-ci il tarixində Çinin Dalian şəhərində keçiriləcək “Ümumdünya Təhsil Günü-2017” konfransına dəvət olunub.

Ümumdünya Təhsil Günü, təhsil işçiləri, tədqiqatçılar, Çin dili və mədəniyyətini sevənlərin, xeyriyyəçilər, siyasətçilər və digərlərinin toplanış günüdür. Ümumdünya Təhsil Günü (ÜTG), dünyanın müxtəlif ölkələrində təhsil və pedaqoji inkişaf mədəniyyəti haqqında ətraflı məlumat əldə edilə biləcək platformanın yaradılmasına həsr olunmuşdur.

ÜTG-2017 dünya səviyyəli tanınmış müəllimləri, məşhur universitetlərin və lisenziyalı qurumların prezidentlərini və digərləri fikirlər, uğurlu hekayələr və yerli və xarici universitet tələbələrə tətbiq olunan qaydaları bölüşmək üçün dəvət olunmuşlar. ÜTG-2017-nin iştirakçıları həmçinin təhsil sahəsində yeni tendensiyanı nümayiş etdirəcək, müxtəlif ölkələrin ekspertləri təhsilin müasir texnologiyalar vasitəsilə köçürülməsində son bacarıqlarını bölüşəcəklər.

Üç gün davam edəcək konfransa 9 profesional proqram, o cümlədən Təhsil Liderliyi Forumu, Konfutsi İnstitutu Forumu, Kəmər və yol boyunca Təhsil Əməkdaşlığı, İnternet + Təhsilin İnkişafı Forumu, Rəqəmsal Təhsilin İnkişafı Forumu, Keyfiyyət Təhsili Simpoziumu, Beynəlxalq Təhsil və yoxsulluğun aradan qaldırılması Simpoziumu, Beynəlxalq Təhsil Tədqiqatları Simpoziumu, Mədəni və Sosial Fəaliyyətlər daxildir. Konfransda eyni zamanda Çində yeni texnologiyalar və məhsulların nümayiş etdirilməsi üçün ideal bir platform olacaq sərgi keçiriləcəkdir.

“İrsilik, İnnovasiya, Əməkdaşlıq və İnkişaf” mövzusuna həsr olunmuş konfransda professor Misir Mərdanov böyük alim, müasir pedaqoqika elmində tanınmış şəxsiyyət Qoşqar Əhmədovun yubileyinə həsr olunmuş mövzu haqqında “Maarifləndirici Rəhbərlər Forumu” bölməsində çıxış etməyə dəvət alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər