Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Üç perpendikulyar teoremi


Üç perpendikulyar teoremi –  Evklid həndəsəsində belə bir teorem: “Müstəvi üzərində olan düz xətt mailin bu müstəvi üzərindəki proyeksiyasına perpendikulyardırsa, bu mailin özünə də perpendikulyardır. Tərsinə, müstəvi üzərindəki düz xətt mailə perpendikulyardırsa, mailin bu müstəvi üzərindəki proyeksiyasına da perpendikulyardır”.
Üç perpendikulyar teoreminin isbatı N.Tusinin “Tam dördbucaqlı haqqında traktat” əsərində verilmişdir. Ondan əvvəlki kitabların heç birində bu teorem haqqında məlumat yoxdur.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər