Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrların nəzərinə!


2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

– şəxsiyyət vəsiqəsinin əsli və surəti;

– bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış);

– 4 ədəd fotoşəkil (3×4 sm).

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq 150) aparılacaqdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə nömrələri: (+994 12) 537 23 97, 539 20 35.

Mənbə: www.science.gov.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər