Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


05.07.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Neftqaz Elmi Tədqiqat Layihə İnstitunun” elmi işçisi dos. Abbasov Elxan “Yeraltı anbara qaz vurulması prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.
Yeraltı anbara qaz vurulması prosesinin inteqral modeli qurulmuş və alınmış əlaqəli tənliklərin həll üsulu işlənilmişdir. Bunun əsasında isə qazın vurulma rejimi və tempi, həmçinin bütün vurulma periodu ərzində vurulan qazın həcmi müəyyən edilmişdir.
Laya vurulan qazda təzyiq paylanması sahəsi nəzərə alınır.
İşdə alınmış analitik ifadə anbara qazın vurulma tempini lay-quyu sisteminin parametrlərindən asılı olaraq müəyyən etməyə imkan verir ki, bunun da elmi və praktik əhəmiyyəti vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər