Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ptolomey Klavdi


AMEA Riyaziyyat və Mexanika İnstitutuPtolomey Klavdi (87-165) Qədim Yunan alimi, dünyanın Geosentrik sisteminin banisidir. Ptolomey haqqında bioqrafik məlumat çox azdır. Məlumdur ki, Ptolomey ömrünün çox hissəsini İskəndəriyyədə keçirmiş, burada astronomik müşahidələr aparmışdır.
Əsərləri astronomiyanın, coğrafiyanın və optikanın inkişafına
böyük təsir göstərmişdir. Ən mühüm əsəri 13 kitabdan ibarət “Almagest”dir (Böyük Toplu). Birinci kitabda düzxətli və sferik triqonometriya, bir də Ptolomey teoremi şərh edilmişdir. Əsər bu sahədə bizə gəlib çatan ən qədim yunan mənbəi olub N. Kopernikin “Göy Sferasının dolanması haqqında” əsərinədək bütün astronomik biliklərin şərhinə aid əvəzedilməz mənbə idi.

Dənizçilikdə və coğrafi koordinatların təyinində Ptolomey daha böyük rolu olmuşdur. O, π ədədinin təqribi qiymətini hesablamış, sinuslar cədvəlini tərtib etmişdir. Bu, uzun müddət üçbucağa aid məsələlərin həllində yeganə mənbə idi.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər