Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fiqurların bərabərliyi


Evklid həndəsəsində müstəvi üzərində yaxud fəzada verilən fiqurlar çoxluğunda əsas binar münasibətlərdən biri. Fiqurların bərabərliyi ekvivalentlik münasibətidir, yəni həm refleksiv, həm simmetrik, həm də, tranzitivdir. Bərabərlik fiqurların bərabər olmaq xassəsidir.
Əgər φ fiqurunu hərəkət çevirməsi ilə φ1 fiquruna çevirmək olarsa, bu fiqurlara bərabər fiqurlar deyilir.
Qeyd edək ki, fiqurların bərabərliyi onların nöqtələr çoxluğu kimi bərabər olması demək deyildir. Fiqurların bərabərliyi onların uyğun ölçülərinin bərabər olması deməkdir. Buna görə bərabər fiqurları çox vaxt konqruyent fiqurlar adlandırırlar .

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər