Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin 2017-cı ilin I yarısı üçün elmi və elmi təşkilati fəaliyyəti haqqında


Hesabat dövründə «Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması, funksional fəzalar üçün daxilolma teoremləri» mövzuları üzrə 5 icraçını birləşdirən 4 iş aparılır. İşlərin gedişi normaldır, gecikmə yoxdur. Birinci yarımildə 10 məqalə çapdan çıxmışdır. Bunlardan 6-sı Thomson Reuters agentliyinin “Science Citation Index Expanded” bazasına daxildir. Bundan əlavə 2 məqalə çapa qəbul edilmiş və 3 məqalə çapa göndərilmişdir.
Hesabat dövründə şöbənin müdiri r.e.d. Vüqar İsmayılov və şöbənin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əliyev ümuminstitut seminarında çıxış etmişdir. Şöbə əməkdaşları şöbə seminarlarında ardıcıl olaraq çıxışlar edirlər.
Şöbə müdiri r.e.d. Vüqar İsmayılov 02.03.2017 – 18.03.2017 tarixlərində Oksford Universitetində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyətin məqsədi Funksional analiz seminarında çıxış, Prof. C. Batty və Oksford Riyaziyyat İnstitunun digər əməkdaşları ilə elmi müzakirələrin aparılması, müxtəlif seminarlarda iştirak olmuşdur. Daha ətraflı linkdə >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər