Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Səthin düzxətli doğuranı


Səthin düzxətli doğuranı hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar. Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailədüzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir. Bu doğuranların hər biri bir ailəyə aiddir.
Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə həmin səthin üzərində yerləşir.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər