Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Rəna Eldar qızı Kərbəlayevanın “Çox dəstə dəyişənli parametrli, funksional fəzalar üçün daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 12 işdə öz əksini tapıb .
Daha sonra dissertasiya şurasının iclasında Natiq Səməndər oğlu Rzayevin “Dartılma-sıxılmaya müxtəlif müqavimət göstərən tir və düzbucaqlı lövhələrin dayanıqlığı və eninə rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 9 işdə öz əksini tapıb
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər