Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb


AMEA Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərir:
• Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri;
• Morri tipli fəzalarda integral operatorlar;
• Morri tipli fəzalarda elliptik, parabolik və hipoelliptik tənliklərin həllərinin requlyarlığı;
• Tərpənməz nöqtə nəzəriyyəsi və onun tətbiqləri. Daha ətraflı >>
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər