Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Samoslu Pifaqor


AMEA Riyaziyyat və Mexanika İnstitutuSamoslu Pifaqor – (təqribən b.e.ə. 580-təqribən 500) qədim yunan mütəfəkkiri, riyaziyyatçısı, dini və siyasi xadimdir. Pifaqor haqqında məlumat çox azdır. Rəvayətə görə Pifaqor Hindistanı, Misri, Babilistanı gəzmiş və şərqin müdrik fikir mənbələri ilə tanış olmuş, vətənə qayıdıb gənc aristokratiya nümayəndələrindən ibarət məktəb (Pifaqor məktəbini) yaratmışdır. Bu məktəbdə riyaziyyat, fəlsəfə və təbiət elmləri tədqiq olunurdu.
Bu məktəbdə hesab və həndəsəyə dair edilmiş mühüm kəşflər qədim elmin inkişafına böyük təkan verdi.
Pifaqor “Misir üçbucağı” (tərəfləri 3², 4² və 5² olan üçbucaq: ) ilə maraqlanmışdır. Rəvayətə görə Pifaqor bunu ümumiləşdirdikdən sonra (bax:Pifaqor teoremi) sevincdən yüz öküz kəsdirib şəhər əhalisini qonaq etmişdir. (Azərbaycan riyaziyyatçısı N. Tusi bu teoremin 48 cür isbatını vermişdir.
Pifaqor həndəsəyə isbatlar daxil etmişdir. Sadə, mürəkkəb, mükəmməl ədədlər, ədədi orta, həndəsi orta, harmonik orta anlayışları Pifaqor adı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Pifaqor Yeri kürə şəklində və Günəşin ətrafında hərəkətdə hesab edirdi.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər