Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Pifaqor teoremi


Pifaqor teoremi – Evklid həndəsəsində belə bir teorem: “Düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğunun kvadratı katetlərin uzunluqlarının kvadratları cəminə bərabərdir.” Burada, əlbəttə, fərz olunur ki, bütün tərəflər eyni vahidlə ölçülür. Pifaqor teoremi yalnız Evklid həndəsəsində doğrudur. Bu teorem Evklidin paralellik aksiomu ilə eynigüclüdür. Pifaqor teoremi isbatını Pifaqora (b.e.ə. VI əsr) aid edirlər. Lakin bu teorem bir fakt kimi ondan qabaq da məlum idi.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər