Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Web of Science” üzrə sertifikatlar təqdim olunub


İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA Rəyasət Heyəti və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirilib.
11-12 iyul 2017-ci il tarixlərdə keçirilən sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib.
Sonda “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramında iştirak etmiş Akademiyanın institut və təşkilatlarının əməkdaşlarına sertifikatlar təqdim olunub.
Sertifikatları iştirakçılara AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təqdim edib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Aynurə Cəfərova keçirilən sertifikasiya proqramında iştirak etmiş və sertifikatla təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər