Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin 2017-ci il üçün yarımillik  fəaliyyəti


“Diferensial tənliklər ” şöbəsində 2017-ci ildə 1 mövzu üzrə 10 elmi iş yerinə yetirilir. 2017-ci ilin birinci yarımilində şöbədə ümumilikdə 30 məqalə çapa göndərilib və çap olunub, 8 tezis çap edilib.
Hesabat dövründə şöbənin əməkdaşları prof. Aqil Xanməmmədov və dos. Nigar Aslanova Ümuminstitut seminarında məruzə ilə çıxış ediblər. Həftənin üçüncü günləri saat 12.00 şöbədə Ə.B.Əliyevin rəhbərliyi altında “Differensial tənliklər nəzəriyyəsinin müasir problemləri” adlı elmi seminar fəaliyyət göstərir. Şöbənin bütün əməkdaşları, o cümlədən doktorant və dissertantları həmin seminarın işində iştirak etmişdir. Həftənin birinci günləri saat 13.30 şöbədə Ə.B.Əliyevin rəhbərliyi altında gənc tədqiqatçılar üçün “Differensial tənliklər və qeyri xətti analizin müasir problemləri” adlı elmi seminar fəaliyyət göstərir. Həmin seminarda adətən magistrlər, doktorantlar və arzu edən digər elmi işçilər iştirak edir. Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər