Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Birləşmələr (kombinatorika)


Birləşmələr (kombinatorika) – Riyaziyyatın, sonlu çoxluqların elementlərinin müxtəlif birləşmələrindən (bax: permutasiyalar, aranjemanlar, kombinezonlar) bəhs edən sahəsidir. Birləşmələrə aid məsələlərə ilk dəfə XVI-XVIII əsrlərdə , ehtimal nəzəriyyəsinin yaranması ilə əlaqədar, baxılmışdır. Burada eyniehtimallı elementar hadisələrə əsasən verilmiş hadisənin başvermə ehtimalının hesablanması birləşmələr nəzəriyyəsinin məsələlərinə gətirilir.

Birləşmələr nəzəriyyəsi, həm də çoxhədlilər cəbrinə tətbiq olunur. (bax: Nyuton binomu, Paskal üçbucağı, Tusi piramidası).

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər