Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Eratosfen şəbəkəsi (xəlbiri)


Eratosfen şəbəkəsi (xəlbiri) – bütün natural ədədlərdən sadə ədədləri ayırmağın çox qədim üsullarından biridir. Bu üsul  qədim yunan alimi Eratosfenə məxsusdur (b.e.ə. III əsr). Eratosfen şəbəkəsi ilə n-ə qədər sadə ədədləri ayırmaq üçün 2-dən n-ə qədər, natural ədədləri yazırlar. Əvvəlcə 2-yə bölünən bütün ədədlərin üstündən, növbəti addımda qalan ədədlər arasında 3-ə bölünən ədədlərin, sonra 5-ə bölünən və s. növbə ilə sadə ədədlərin bölünənlərinin üstündən xətt çəkirlər. Bu prosesi √n -dən böyük ilk sadə ədədə qədər davam etdirirlər. Onda üstündən xətt çəkilməmiş natural ədədlər sadədir.

Hal-hazırda Eratosfen şəbəkəsi müxtəlif  təkmilləşmiş formasından istifadə edirlər.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər