Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz” şöbəsinin yarımillik fəaliyyəti


Hesabat dövrü ərzində “Qeyri-harmonik analiz ” şöbəsində “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzuları üzrə elmi tədqiqat işləri aparılmış və 15 iş yerinə yetirilmişdir.
Şöbənin həftənin 3-cü günləri ( 12:00 ) və 4-cü günləri (11:00) müntəzəm elmi seminarları keçirilir. Şöbə əməkdaşlarının əksəriyyəti ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldurlar.
Şöbə əməkdaşları tərəfindən cəmi 29 elmi iş çap edilmişdir. Bunlardan 13-i elmi məqalə, 16-sı konfrans tezisləridir. Bundan əlavə 8 məqalə çapa qəbul olunmuş, 15-ə yaxın məqalə isə çapa təqdim olunmuşdur. 3 məqalə impact factora malik jurnalda çap olunmuş və 4 məqalə isə çapa qəbul olunmuşdur.
Hesabat dövrü ərzində şöbə müdiri AMEA-nın müxbir üzvü, prof. B.T.Bilalov 17.01.2017-28.01.2017-ci il tarixlərində AMEA-nın “Freym nəzəriyyəsi-veyvlet analizin seysmologiyada və digər sahələrdə siqnalların emalına tətbiqi” proqramının davamı olaraq İstanbul Yıldız Texniki Universitetində elmi ezamiyyətdə olmuş, proqram çərçivəsində Yıldız Texniki Universitetinin dosenti Yusuf Zerenle birgə elmi rəhbəri olduğu Şeyma Çetin, Fatih Şirin, Cemil Karaçam doktora öyrəncilərinə “Statistik yığılma, yaranma səbəbləri, inkişaf istiqamətləri və tətbiqləri haqqında”, “Qeyri standart fəzalar və bu fəzalarda triqonometrik sistemlərin bazisliyi haqqında” mövzuları üzrə müntəzəm seminarlar aparmış və “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz variant və Furye sıralarına tətbiqi”, “Atomar ayrılış və freymlərin bəzi sualları. t-freymlər. Seperabel olmayan Hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzuları üzrə plenar məruzələr oxumuşdur. Yeni nəticələrin alınması istiqamətində intensiv müzakirələr və lazımi işlər görülmüşdür. Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər