Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Təkliflər hesabı


Təkliflər hesabı riyazi məntiqin təkliflər üzərində əməlləri öyrənən bölməsidir. Təkliflər üzərində əsas əməllər bunlardır: konyuksiya, dizyunksiya, implikasiya, inkar və s. Sadə təkliflər üzərində bu əməllərin köməyi ilə mürəkkəb təkliflər qurulur. Təkliflər hesabıda mürəkkəb təkliflərin doğruluğuna sadə təkliflərin doğruluğunun funksiyası kimi baxılır. O cümlədən, nəticə çıxarmaq qaydası, yəni doğru təklifdən düzgün qərar qəbul etmək qaydalarına baxılır. Bu da isbat nəzəriyyəsini analiz etməkdir.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər