Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin yarımillik fəaliyyəti


2017-ci ilin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu- “Deformasiyası dönməz cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır. Planda səkkiz elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan elmi işlər hesabat dövrünün planına uyğun olaraq yerinə yetirilmişdir.

İş: Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması. İcraçı: f-r.e.d., prof L.X.Talıblı
Cisimlərin təsadüfi dəyişən faktorlar (qüvvə, temperatur və s.) altında korroziya yorğunluq dağılması vaxtını proqnozlaşdırmağa imkan verən stoxastik korroziya dağılması nəzəriyyəsi təklif edilir. Stoxastik nəzəriyyə müəllifin əvvəllər hazırladığı deterministik nəzəriyyə əsasında qurulmuşdur. Təsadüfi kəmiyyətlərin atılma nəzəriyyəsindən istifadə edilir. Nəticə etibarı ilə konstruksiyaların xarakteristik xidmət müddətini təyin etməyə imkan verən düstur alınmışdır. Bu düstura xarixi təsirin paylanma qanunu, materialın paylanma qanununu xarakterizə edən funksiyalar və sabitlər daxildir. İkinci yarımildə alınmış nəzəri nəticənin konkret praktiki məsələlərin həllinə tədbiqi gözlənilir.
1. N.M.Nagiyeva, L.Kh.Talybly. Fatigue failure of an oval cross section prismatic bar at pulsating torsion // International journal of engineering and innovative technology, vol.5, issue 11, may 2016, p.76-83
2. Latif Kh. Talybly, Mehriban A. Mamedova. Exact Solutions of Quasielastic Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering Research, 2017, vol.4, Issue 2, p.15-20

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər