Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi Fizika tənlikləri” şöbəsinin yarımillik fəaliyyəti


2017-cı ildə şöbədə plana əsasən təsdiq olunmuş “Riyazi fizika məsələlərinin birqiymətli həll olunması və həllərinin keyfiyyət xassələri” mövzusu üzrə 11 iş aparılır.

İş 1: “Kvazielliptik operatorların mənfi spektrinin qiymətləndirilməsi və tətbiqləri”.
İcraçı: AMEA-nın müxbir üzvü, şöbə müdiri prof. R.V.Hüseynov.
Yüksək tərtibli elliptik tənliklər və bəzi kvazi elliptik tənliklər üçün spektr öyrənilir. Xüsusilə stasionar Şredinger operatorunun yüksək tərtibli analoqları tədqiq edilir. Bu zaman diferensial operator və verilmiş potensialının müxtəlif hallarına görə mənfi spektr öyrənilir. Potensial üzərinə mənfi spektrin sonlu və sonsuz olmasını təmin edə biləcək hansı şərtlərin qoyulmasının lazım olduğu öyrənilir. Müəyyən nəticələr əldə edilmişdir, tədqiqat davam edir.

İş 2: “Bir sinif elliptik tənliklər üçün tərs məsələ haqqında”.
İcraçı: f.-r.e.d., b.e.i. Ə.Y. Axundov.
Məsələnin qoyuluşu dəqiqləşdirilmişdir, yeganəlilik, dayanaqlılıq haqqında teorem isbat olunmuşdur.
1)A.Ya. Akhundov, B.R. Selmkhanov Determination the Coefficients in the Right Side of the System of Elliptic equations. Azerb. journ.of Math. V.7,№ 2, 2017.
2)Ахундов А.Я. Приближенное решение обратной задачи для эллиптического уравнения . Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 illiyinə həsr olunan “Riyaziyyatın nəzəri və tətbiqi problemləri“ Beynəlxalq Elmi konfransın materialları.Sumqayıt , 25-26 may, 2017, c. 128-129.

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər