Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır


Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər