Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Deduksiya


Deduksiyafikir yürütməyin formalarından biridir. Fikir yürütməyin deduktiv formasında təklif başqa təkliflərdən tam məntiqi  (məntiqin qanunları ilə) alınır. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: “Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur.” Hal-hazırda deduksiya deyəndə bu və ya digər aksiomlar sisteminə əsaslanan ciddi riyazi mühakimə başa düşülür.

Buna görə, deduksiya mühakimənin aksiomatik üsulu adlandırırlar. Müəyyən bir təklifi isbat etmək üçün, məsələn, həndəsədə onu ya isbat olunmuş teoremə, ya da qəbul olunmuş aksiomların birinə, yaxud bir neçəsinə gətirirlər.

Riyazi induksiya prinsipinin köməyi ilə müxtəlif teoremlərin isbatı deduksiyaya misaldır. Deduksiya latın dilində “deduktio” sözündən götürülmüşdür. Mənası nəticə çıxarma, izah etmə deməkdir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər