Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Diofant tənlikləri


Diofant tənlikləri – iki və daha artıq məchulu olan tam əmsallı cəbri tənlik və ya onların sistemi. Diofant tənlikləri tam və ya rasional həlləri axtarılır. Diofant tənlikləri sistemində tənliklərin sayı məchulların sayından az olur. Diofant tənlikləri həlləri sayı, bir qayda olaraq çox olur. Buna görə onları qeyri-müəyyən tənliklər adlandırırlar.
Məsələn tənlikləri 3x+5y=7, x² +y² =z², 3x³+4y³=5z³ Diofant tənlikləridir. Bu tənlikləri III əsrdə yaşamış qədim yunan riyaziyyatçısı Diofantın adı ilə adlandırmışlar. Diofantın “Hesab” kitabında bu cür qeyri-müəyyən tənliklərə gətirilən çoxlu sayda maraqlı məsələlər verilmişdir. Bu məsələləri bütün dövrlərin riyaziyyatçıları öyrənmişlər.
Tənlikləri tam ədədlərdə həll etmək riyaziyyatın ən gözəl bölmələrindən biridir. Görkəmli riyaziyyatçılardan heç biri Diofant tənlikləri nəzəriyyəsinin yanından etinasız keçməmişdir. Ferma, Eyler, Lagranj, Dirixle, Hauss, Çebişev, Riman bu çox maraqlı nəzəriyyədə silinməz iz buraxmışlar.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər