Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Universitetlərin çox meyarlı ranqlaşdırılmasının qeyri-səlis metodologiyası” adlı kitab çap olunub


книга «Нечёткая методология многокритериального ранжирования университетов»книга «Нечёткая методология многокритериального ранжирования университетов»
Bu günlərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, texnika elmləri doktoru, professor Ramin Rzayev və BDU-nun dosenti Zeynal Camalovun Almaniyanın Palmarium Academic Publishing nəşriyyatında “Universitetlərin çox meyarlı ranqlaşdırılmasının qeyri-səlis metodologiyası” adlı kitabı çap olunmuşdur. Kitab 6 fəsil və 164 səhifədən ibarətdir.

Kitabda qeyri-müəyyənlik şəraitində alternativlərin çox meyarlı seçiminin qeyri-səlis üsulları və həmçinin təhsil xidmətlərinin hərtərəfli (kompleks) qiymətləndirilməsi, universitetlərin ranqlaşdırması və onların strukturlarının optimallaşdırılması ilə bağlı olan məsələlərin həllinə dair yeni yanaşmalar şərh edilmişdir.

Kitab texniki ixtisaslar üzrə doktorantlara və həmçinin ali təhsilin keyfiyyətini və təhsil xidmətlərinin müasir bazarının sərt şəraitində universitetlərin rəqabət qabiliyyətlərinin səviyyələrinin artması sahəsində çalışan mütəxəssislərə tövsiyə edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər