Funksional tənlik

Məchulu funksiya olan tənlikdir. Axtarılan funksiya müəyyən əməliyyatlarla (mürəkkəb funksiyanın əmələ gəlməsi əməliyyatları ilə) verilən məlum funksiyalarla bağlı olur. Adətən, axtarılan funksiyanın aid olduğu funksiyalar sinfi göstərilir.

Məsələn, ƒ(x+y)=ƒ(x)+ƒ(y). Burada f axtarılan funksiyadır. Bu funksional tənliyin həlli ƒ(x)=ax funksiyasıdır (əgər tənliyin həlli kəsilməz funksiyalar sinfinə aiddirsə).
ƒ(xy)=ƒ(x)+ƒ(y) və ƒ(x+y)= ƒ(x)·ƒ(y)tənliklərinin kəsilməz həlləri, uyğun olaraq, y=lnx və y=e× funksiyalarıdır.
Tək və cüt funksiyaların, dövri funksiyların tərifləri funksional tənlik vasitəsi ilə verilir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.