Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı gənc Moskvada keçirilən Beynəlxalq müsabiqədə uğur qazanıb


Moskvada gənclərin XIV Beynəlxalq meşə müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın nümayəndə heyəti də bu müsabiqədə iştirak edib.

Ölkəmizi gənc meşəçilərin respublika müsabiqəsinin qalibi, Bakı Slavyan Universiteti nəzdində məktəb-liseyin məzunu Ruslan Süleymanov təmsil edib.

Beynəlxalq müsabiqədə dünyanın 28 ölkəsindən 45 məktəbli və tələbənin meşə ekologiyası, meşənin bitki və heyvanat aləminə həsr olunmuş müxtəlif mövzuda ekoloji layihələri təqdim olunub. Azərbaycanlı iştirakçının beynəlxalq müsabiqəyə təqdim etdiyi nadir heyvan növlərinin reabilitasiyası haqqında təqdimatı münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.

R.Süleymanov meşələrin qorunması və artırılması sahəsində ölkəmizdə aparılan tədbirlər haqqında məlumat verərək, meşə ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində dünya gənclərinin birgə səylərinin vacibliyini vurğulayıb.

Münsiflər heyətinın qərarı ilə təmsilçimiz Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi medala və diploma, Rusiya Məktəblilər Hərəkatının xüsusi hədiyyəsinə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər