Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xətt


Xətt mühüm həndəsi anlayışdır. Xəttə ciddi riyazi tərif vermək asan deyil. Evklid öz “Başlanğıclar əsərində xətti eni olmayan uzunluq” kimi təyin etmişdir. Aydındır ki, bu tərif sonrakı dövrlərin riyaziyyatçılarını razı sala bilməzdi. R. Dekart tərəfindən koordinat sistemi kəşf olunandan sonra xətti “hərəkət edən maddi nöqtənin trayektoriyası” kimi təyin etdilər. Bu cür təyin olunan xətti riyaziyyatda xəttin parametrik tənlikləri ilə ifadə etmək olar.
Trayektoriyanı t ∈ [a,b] olmaqla kəsilməz Χ=ƒ(t), Υ=g(t) funksiyaları ilə müəyyən olunan ( Χ; Υ ) nöqtələri çoxluğu kimi təyin etmək olar.
Lakin t ∈ [a,b]  olmaqla Χ=ƒ(t), Υ=g(t) kəsilməz funksiyaları ilə təyin olunan hər bir nöqtələr çoxluğu bizim təsəvvür etdiyimiz şəkildə xətt olmur. Məsələn, Peano tərəfindən qurulmuş əyri müəyyən bir kvadratın bütün nöqtələrindən keçir və bizim xətt haqqında təsəvvürlərimizə uyğun gəlmir. Buna görə xəttə tərif verəndə ƒ və g funksiyaları üzərində kəsilməzlikdən savayı digər şərtlər də qoyurlar (məsələn, törəmənin varlığı).
Latın dilində xətt sözü “linea” sözündən götürülüb, kətan deməkdir. Bir sözlə, linum- kətan ip deməkdir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər