Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına qəbulun nəticələri məlum olub


AMEA Riyaziyyat və Mexanika İnstitutuna 2017/2018-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249283 Riyazi analizi” ixtisas üzrə 5, “249291 Diferensial tənliklər” ixtisası üzrə 1, “249315 Optimallaşdırma və optimal idarəetmə” ixtisası üzrə 1, “249323 Riyazi fizika tənlikləri” ixtisası üzrə isə 1 yer ayrılmışdır. Bakı Dövlət Universitetinin bakalavrı Qədirova Xəyalə Məmmədağa qızı 127, Bakı Mühəndislik Universitetinin bakalavrı Quluyev Tural Müseyib oğlu 118, Bakı Dövlət Universitetinin bakalavrı Əliyeva Dünya Rəsul qızı 116, Bakı Dövlət Universitetinin  bakalavrı Məmmədova Aişən Veyis qızı 116, Bakı Dövlət Universitetinin bakalavrı Abdullayeva Aydan Cəfər qızı 116, Bakı Dövlət Universitetinin bakalavrı Əlizadə Fidan  Asif qızı 114, Bakı Mühəndislik Universitetinin bakalavrı Rəhimli Könül Səməd qızı 113  və Bakı Dövlət Universitetinin bakalavrı Sadıqov Elvin Vüqar oğlu isə 105 balla qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistrant daxil olmuşdur. Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər