Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həmkarlar ittifaqı təşkilatının hesabat – seçki yığıncağı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında 20 sentyabr 2017-ci il tarixində Həmkarlar ittifaqı təşkilatının hesabat-seçki iclası keçirildi. İclasda institutun 60-a yaxın əmakdaşı və akademiyanın azad həmkarlar ittifaqı təşkilatının sədr müavini Səyyar Abdullayev iştirak edirdi. İclası professor Nadir Süleymanov açıq elan etdi.

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar ittifaqı təşkilatının sədri dos. Əli Babayev təşkilatın 5 illik fəaliyyəti iə bağlı hesabat verdi. İclasda çıxış edənlər hesabatı bəyəndilər və qənaətbəxş hesab etdilər.

Daha sonra iclasda namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunanlar Həmkərlar Təşkilatının yeni heyyətinə üzv seçildilər: dos. İradə Mirzəzadə, mühəndis proqramlaşdırıcı Babək Abdullayev, r.ü.f.d Famil Seyfullayev, Mülki Müdafiə qərargahının rəisi Niyaməddin Usubov, baş mühəndis proqramlaşdırıcı Vüsalə Rüstəmova, mühəndis proqramlaşdırıcı Xumar Məhərrəmova, r.ü.f.d Şəmsiyyə Muradova, r.ü.f.d Gülnar Mirzəyeva, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dos.Eldar Abbasov. Təftiş komissiyasına isə dos. Elçin Məmmədov, r.ü.f.d Arzu Əliyeva, mühəndis proqramlaşdırıcı Tamilla Maqsudova seçildilər.

Səsverənlərin 100 % – səsini topladığına görə “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçi, dos. İradə Mirzəzadə AMEA Riyaziyyat və Mexanika İnstitutunun həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsinə seçildi.

İradə Mirzəzadə 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Maşın qayırma” fakultəsinə daхil оlmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur. 2008-ci ildə Milli Elmlər Akademiyasının “Riyaziyyat və Meхanika” İnstitutunun dissertantı olunmuşdur. 2014-cü ildə “Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin izlənməsi (dəm qazı timsalında)” mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 iyul 2014-cü il tarixli protokol №19-k qərarı ilə İradə Hətəm qızı Mirzəzadəyə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 14 oktyabr 2016-cı il tarixli (protokol №21-k) qərarı ilə sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adı verilmişdir.

O, AMEA-nın Riyaziyyat və Mexanika institutunda 1985-ci ildən böyük mühəndis, mühəndis-proqramlaşdırıcı, elmi işçi, böyük elmi işçi işləyib. 01.04.2017-ci ildən “Tətbiqi riyaziyyat” şöbəsində aparıcı elmi işçi işləyir. Dosent İradə Mirzəzadə otuz altı elmi iş və iki monoqrafiyanın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər