Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı təsdiq edilib


Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla akademiya qarşısında mühüm vəzifələr müəyyənləşdirildiyini qeyd edib. Bildirilib ki, AMEA rəyasət heyətinin qərarı ilə həmin vəzifələrin elmi-tədqiqat müəssisələrində müzakirəsi və müvafiq tədbirlər planının hazırlanması üçün zəruri tapşırıqlar verilib. Dilqəm Tağıyev onu da əlavə edib ki, həmin vəzifələrdən irəli gələrək qəbul edilmiş qərarların, səsləndirilən rəy və təkliflərin təhlili üçün AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə AMEA rəyasət heyətinin daimi işçi komissiyası yaradılıb. Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı komissiya tərəfindən hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər