Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alim “İsaak Nyuton” medalı ilə təltif olunub


Qabil_Aliyev_imm

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., professor Qabil Qəribxan oğlu Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub.medal Qabil Aliyev

Professor Qabil Əliyev “İsaak Nyuton” qızıl medalı alan ilk Azərbaycan alimidir.
Onu da qeyd edək ki, 2016-cı ildə Rusiya Federasiyası, Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə f.-r.e.d., professor Qabil Əliyev
1. a) «Struktur elementləri arasında daxili qarşılıqlı təsirinin mexanika efektini nəzərə alınmaqla kompozit materiallar mexanikasının»,
b) «Fiziki-kimyəvi xassələrinin dəyişilməsi nəzərə alınmaqla polimer və kompozit materiallar mexanikasının»,
c) «Elektromaqnit sahələrinin və maye mühitin kimyəvi dəyişməsinin qarşılıqlı təsiri mexanikasının» xüsusi nəzəriyyələrinin yaradılması;
2. Eyni zamanda yeni yaradılmış nəzəriyyələrinin riyazi aparat, kompyuter modelləşdirməsi üçün ədədi proqramlar paketlərini və strateji məhsulun istehsalat-texnoloji xətlərinin ilk dəfə təklif etdiyini və bununla dünya fizika-riyaziyyat elminə boyük tövhə verdiyini nəzərə alaraq həmin Akademiyanın Müxbir Üzvü seçərək, Böyük Pyotr ordeni ilə təltif etmişdir.

Professor Qabil Əliyev 200-ə yaxın məqalənin, 5 kitab və 10 monoqrafiyanın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər