Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin “Hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər” mövzusunda seminarı keçirilib


“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər” mövzusunda çıxış edib.

Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və bir hiperbolik tənliklər sistemi üçün akustik qoşmalıq şərti daxilində qarışıq məsələnin zəif həllinin varlığı, güclü həllinin isə varlığı və yeganəliyi haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər