Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Üçbucaqda dörd mühüm nöqtə


Üçbucaqda dörd mühüm nöqtə – Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə:
1) Medianların kəsişmə nöqtəsi;
2) Tənbölənlərin kəsişmə nöqtəsi;
3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi;
4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi.
Bu dörd nöqtənin verilən üçbucaqla başqa əlaqələri də var. Məsələn,
1) Medianların kəsişmə nöqtəsi verilmiş üçbucağın kütlə mərkəzidir (Üçbucağın medianlarının kəsişmə nöqtəsi onun sentroidi adlanır).
2) Tənbölənlərin kəsişmə nöqtəsi verilmiş üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzidir;
3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi verilmiş üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzidir;
4) Hündürlüklərin kəsişmə nöqtəsi üçbucağın ortsentri adalanır. Verilmiş üçbucağın ortsentrinə, bu üçbucağın hər bir tərəfini saxlayan düz xəttə nəzərən simmetrik nöqtələr onun
xaricinə çəkilmiş çevrə üzərindədir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər