Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da fəaliyyət göstərən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq, elmi, innovativ araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir.

Təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:

– Yer elmləri;

– Texnika elmləri;

– Kimya elmləri.

Elmi araşdırmaların aşağıdakı prioritet istiqamətləri üzrə təqdim edilən və fənlərarası xarakter daşıyan layihələrə üstünlük veriləcək:

– neft-qaz yataqlarının neftveriminin artırılması;

– neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

– neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;

– quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robotatexnikadan istifadə;

– neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

– neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

– neft-qaz hasılatının optimallaşdırılmasında kompüter proqram təminatlarının və informasiya texnologiyalarının tətbiqi;

– neft-kimya proseslərinin riyazi modelləşdirilməsi;

– kiçik dərinliklər geofizikasının  geoloji və arxeoloji aspektləri;

– neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

Ətraflı: http://science.az/news/open/6440

Faydalı linklər