Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində  nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Elman Cavanşir oğlu İbrahimovun “Qeqenbauer diferensial operatoru ilə bağlı harmonik analizin bəzi aspektləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 28 işdə öz əksini tapıb.

Sonra iclasda Aytəkin Ehtiram qızı Abdullayevanın “Funksiyaların Bernşteyn-Xlodovski polinomları ilə yaxınlaşması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 14 işdə öz əksini tapıb.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər