Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


12.10.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sağ tərəfdə naməlum əmsallı (fəza koordinatlarından və ya zamandan asılı) parabolik tip tənlik üçün tərs məsələlərə baxılacaq. Xüsusi halda, bu sinifdən olan məsələlər qeyri-local (inteqral) şərtli sərhəd məsələlərinin tədqiqində qarşıya çıxır. Məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olunacaq. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətiriləcək. Naməlum parametrləri tapmaq üçün qovma üsuluna analoji üsul təklif olunacaq. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər