Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fizika üzrə Nobel mükafatını qravitasiya dalğalarının müəyyən edilməsinə görə təltif etdilər


Rayner Vays, Barri Bariş və Kip Torn (siz onu “İnterstellar” filmindəki işinə görə yaxşı tanıyırsınız) qravitasiya dalğalarının kəşfinə görə fizika üzrə Nobel mükafatını aldılar. Bu elan İsveç elmlər akademiyasında oldu.

Qravitasiya dalğaları haqqında Albert Eynşteynin nəzəriyyəsinin eksperi-mental təsdiqi haqqında 2016-cı ilin fevralında (açılışın özü 2015-ci ilin sentyabrında olmuşdu) LİQO laboratoriyasının alimlərindən məlum oldu. Onda lazerin köməyi ilə qravitasiya dalğalarının təsiri altında azalan və artan dörd kilometrli tunellərin (qollar) uzunluğunu ölçürdülər.

Qravitasiya dalğaları ötən il ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. O zaman LİGO-dan – Amerikanın iki böyük ştatı Luiziana və Kaliforniyada yerləşən 2 nəhəng abservatoriyadan olan fiziklər bəyan etdilər ki, ilk dəfə olaraq zaman-məkan anlayışının, belə demək mümkünsə, dalğalarının (dalğalanmasının) mövcudluğunun birbaşa sübutlarını aşkarlamışlar, hansı ki, bu haqda Eynşteyn hələ 100 il bundan əvvəl öncədən xəbər vermişdir. Bu dalğalar məkan-zamanı işıq sürəti ilə keçərək səyahət edirlər qara dəliklərin qovuşması və ya ulduz partlayışları kimi, katastrofik Kainat hadisələri nəticəsində peyda ola bilirlər. Onlar yayılaraq Kainatda bizə məlum olan bütün ölşmələrə təsir göstərirlər. Demək, bu dalğaları ölçülərin pozulması ilə aşkarlamaq olar.

1970-ci illərin ortalarında Rayner Vays ölçüləri poza bilən fon səs-küyünün mümkün mənbələrini təhlil edirdi, həmçinin bu səs-küyü aradan qaldıra bilən detektoru, lazer interferometrini layihələndirdi. Kip Torn və Rayner Vays artıq onda qəti əmin idilər ki, qravitasiya dalğaları aşkar ediləcək və bizim Kainat haqqında təsəvvürümüzü tamamilə dəyişəcəklər.

Təxminən qırx il alimlərin fərziyyəsinin təsdiqinə getdi. Vays 1,1 milyon dollarlıq (9 milyon İsveç kronası) mükafatın yarısını alacaq, Torn və Bariş isə ikinci yarını böləcək. Qravitasiya dalğaları həmçinin bizə Kainatda ən ekstremal obyektləri öyrənməyə imkan verən qravitasiya-dalğavari astronomiyanın yeni dövrünü açır.

Mənbə: https://hi-news.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər