Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edib.
Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər