Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək


AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilk olaraq ölkədəki gənclər siyasətindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənc­lərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün la­zı­mi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir”. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hər­tərəfli in­kişafı üçün görülən işlərdən söz açan akademik Rasim Əliquliyev hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yük­səkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin ic­ra­sını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alim­lərinin I Qurul­tayının keçirilməsi qərara alınıb.

Mənbə: www.science.az

Faydalı linklər