“Optimal İdarəetmə” şöbəsinin ” Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda seminarı keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov ” Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda çıxış edib.
Məruzədə sağ tərəfdə naməlum əmsallı (fəza koordinatlarından və ya zamandan asılı) parabolik tip tənlik üçün tərs məsələlərə baxıldı. Xüsusi halda, bu sinifdən olan məsələlər qeyri-local (inteqral) şərtli sərhəd məsələlərinin tədqiqində qarşıya çıxır. Məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olundu. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilib. Naməlum parametrləri tapmaq üçün qovma üsuluna analoji üsul təklif olunub. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.