Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı məqalə çap olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və  “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanovun “Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” adlı 8 səhifəlik məqaləsi çap olunub.

Məqalə Azərbaycan xalqının elm və mədəniyyət tarixinə, Nəsirəddin Tusinin qısa tərcümeyi halına və yaradıcılıq yoluna həsr edilmişdir.
Əsərdə həmçinin Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əldə etdiyi nəaliyətlər və riyaziyyat elminin sonrakı inkişafına təsiri, alimin “Şəklul-qita ” və “Əxlaqi Nasir” kitabları haqqında geniş məlumat verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər