Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ramiz Aslanov “N.İ. Lobaçevskiy və Rusiyada riyazi təhsil” adlı Beynəlxalq riyazi təhsil forumunda iştrak edib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanov Rusiyanın Kazan şəhərinin Kazan Federal Universitetində 16-22 oktyabr 2017-ci il tarixində keçirilən görkəmli rus riyaziyyatçısı N.İ. Lobaçevskiyə həsr olunmuş “N.İ. Lobaçevskiy və Rusiyada riyazi təhsil” adlı Beynəlxalq riyazi təhsil forumunda iştrak etmişdir.

Forumda o, “Nəsirəddin Tusinin riyaziyyatın inkişafında rolu” plenar məruzə ilə çıxış etmişdir. Məruzə Azərbaycan xalqının elm və mədəniyyət tarixinə, Nəsirəddin Tusinin qısa tərcümeyi halına və yaradıcılıq yoluna həsr edilmişdir. Professor Ramiz Aslanov həmçinin Nəsirəddin Tusinin riyaziyyat və astronomiya sahəsində əldə etdiyi nəaliyətlər və riyaziyyat elminin sonrakı inkişafına təsiri, alimin “Şəklul-qita ” və “Əxlaqi Nasir” kitabları haqqında geniş məlumat vermişdir.

Onuda qeyd edək ki, professor Ramiz Aslanov forumda təşkilat komitəsinin üzvü olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər