Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Professor elmi şura üzvlərini “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının ezamiyyət məsələlərinin hüquqi tənzimlənməsi” haqqındakı sərəncamla tanış edib.

Sonra “Diferensial tənliklər”, “Dalğa dinamikası”, “Tətbiqi riyaziyyat” və “Maye və qaz mexanikası” şöbələrinin müdirləri professorlar Əkbər Əliyev, Cəfər Ağalarov, Qabil Əliyev və AMEA-nın müxbir üzvü Qeylani Pənahov rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti haqqında hesabat veriblər.

Daha sonra institutun “Elmi-Texniki İnformasiya” şöbәsinin müdiri, professor Ramiz Aslanov Rusiyanın Kazan şəhərinin Kazan Federal Universitetində 16-22 oktyabr 2017-ci il tarixində keçirilən görkəmli rus riyaziyyatçısı N.İ. Lobaçevskiyə həsr olunmuş “N.İ. Lobaçevskiy və Rusiyada riyazi təhsil” adlı Beynəlxalq riyazi təhsil forumunda iştrakı haqqında hesabat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər